Müəllif: Tamara Mustafayeva, Banco.az
Yeni Zelandiya Ehtiyat Bankı (mərkəzi bank) faiz dərəcələrini azaldıb.
Banco.az xəbər verir ki, Yeni Zelandiya Mərkəzi Bankı üç böyük faiz endirimindən sonra yavaşlama siqnalları verib.
Bank uçot dərəcəsini 50 baza bəndi azaldaraq 3,75 faiz səviyyəsinə endirib. “Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların gözləntiləri də faiz dərəcəsinin bu səviyyəyə endirilməsi istiqamətində idi.
Bank inflyasiyanın yumşalmasının dəstəyi və iqtisadiyyatda baş verən daralmadan çıxış səylərinin bir hissəsi olaraq faiz endirimlərinin davam edəcəyinə işarə edib.
Yeni Zelandiya Mərkəzi Bankının sədri Adrian Orr qərardan sonra verdiyi açıqlamada noyabr ayında proqnozlaşdırdıqlarından daha çox faiz endirimi gözlədiklərini bildirərək apreldə və mayda keçiriləcək iclaslarda faizlərin daha 0,25 faiz bəndi azaldıla biləcəyini qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!