Liviyanın neft və qaz hasilatı son 11 ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Liviyanın neft və qaz hasilatı son 11 ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif:Mehin Qasımova/Banco.az

Liviyanın neft və qaz hasilatı son 11 ilin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, bu barədə Liviya Milli Neft Korporasiyası (NOC) açıqlama verib.

Bu gün hasilat 1 milyon 380 min 470 barel xam neft və 198 min 190 barel qaz olmaqla ümumilikdə 1 milyon 578 min 660 barelə çatıb.

OPEC-in məlumatlarına görə, Liviya 50 milyard barel neftlə Afrikada ən çox neft ehtiyatına malik ölkədir, lakin bölünmə və siyasi qeyri-sabitlik səbəbindən müxtəlif vaxtlarda neft yataqları bağlanır və hasilatda fasilələr yaranır.