Müəllif:Ayşən İmanova/Banco.az
İsrail Müdafiə Nazirliyi bu gün “Iron Beam” lazer hava hücumundan müdafiə sistemlərinin tədarükü haqqında 500 milyon dollar dəyərində müqavilələr imzalayıb.
Banco.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri İsrail Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamirə istinadən məlumat yayıb.
"Bu sövdələşmə yeni eranın – lazer müdafiə sistemi dövrünün başlanğıcıdır", - deyə Zamir bildirib.
Onun sözlərinə görə, ilk yerüstü lazer hava hücumundan müdafiə qurğuları 2025-ci il ərzində istifadəyə veriləcək.
Qeyd edək ki, “Iron Beam” reaktiv və minaatan mərmilər, PUA və qanadlı raketlər də daxil olmaqla müxtəlif hava hədəfləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulub.