Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 90 mənzil alıblar | Banco.az

Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 90 mənzil alıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan vətəndaşları bu ilin avqust ayında Türkiyədə 90 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 7-ci xarici ölkə vətəndaşları olublar. 

Banco.az xəbər verir ki, Türkiyədə avqustda xaricilərə mənzil satışları 2023-cü ilin eyni dövrü ilə müqayisədə 26,2% azalaraq 2 min 257 ədədə enib.

Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 381 ev (1-ci) alıb. İkinci ən çox mənzili İran vətəndaşları (171 mənzil), üçüncü isə Ukrayna (161 mənzil) vətəndaşları alıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram