Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin 7 ayında (yanvar-iyul) Oman Azərbaycanın əsas qeyri-neft məhsullarını ixrac etdiyi ölkələr siyahısına düşüb. Belə ki, bu ölkəyə qeyri-neft ixracının dəyəri 65 milyon 569 min dollara bərabər olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-iyul aylarında ən çox qeyri-neft ixrac etdiyimiz ölkə isə 641,1 milyon dollarla Rusiya olub.
İkinci yerdə 353,6 milyon dollarla Türkiyə, üçüncü isə 135,5 milyon dollarla Gürcüstan olub.
Qeyd edək ki, ötən ilin eyni dövründə və bu ilin 6 ayında Oman ən çox qeyri-neft ixrac etdiyimiz ölkələr siyahısında yox idi.
Bizi sosial şəbəkələrdən izləyin!!