Metroda QR bilet istifadəçilərinin sayı kəskin artıb | Banco.az

Metroda QR bilet istifadəçilərinin sayı kəskin artıb

2024-cü ilin ilk 6 ayı ərzində Bakı metropolitenindən QR bilet istifadəçilərinin sayı 1 milyon 884 min 845 sərnişin təşkil etmişdisə, təkcə iyul ayı ərzində bu ödəmə üsuluna 1 milyon 260 min 699 sərnişin müraciət edib.

Bakı Metropoliteni QSC xəbər verir ki, 7 ay ərzində istifadəçi sayı 3 milyonu keçərək 3 milyon 145 min 544 sərnişin olub. Başqa sözlə, il ərzində metropolitendəki QR bilet istifadəçilərinin 40.1 %-i məhz iyul ayında bu xidmətə müraciət edib. Yaxud təkcə iyul ayında daşınan QR bilet istifadəçilərinin sayı 6 ayda daşınmış sərnişinlərin 67 %-i qədər olub.

    Qeyd edilib ki, ayların müqayisəli statistikasına nəzər saldıqda, iyun ayında əldə olunmuş rekord göstərici bütün daşınmış ödənişli sərnişinlərin 4.2%-i idisə, artıq iyulda bu rəqəm 7.7 %-ə çatıb. QR biletdən ən çox istifadə olunmuş iyun ayı ilə müqayisədə isə iyulda artım 69.2 % təşkil edib.

    Ən sərfəli kredit üçün müraciət et

    Bu ödəniş üsulu ilə metropolitenə daxil olanların orta statistik gündəlik sayı da iki dəfəyə yaxın artıb. İyun ayında orta statistik hesabla bir gün ərzində 24 min 838 sərnişin QR biletlə metroya daxil olmuşdusa, iyulda bu rəqəm 40 min 668 olub. İyulun QR biletlə rekord daşıma göstəricisi ayın 30-da qeydə alınıb – 49 min 394 (iyunda rekord rəqəm ayın 28-də qeydə alınmışdı - 38 min 890).

    Stansiyalar üzrə statistik məlumatlarda ilk dəfə aylıq göstərici 100 min həddini aşıb (əvvəlki göstərici iyun ayında qeydə alınaraq, 70 min 36 sərnişin təşkil edib). Aylar üzrə liderliyini qoruyan “28 May” stansiyasına 109 min 180 sərnişin QR biletlə daxil olub. Digər stansiyalar arasında “Koroğlu” özündən əvvəldə olan iki stansiyanı keçərək. ikinci pillədə qərarlaşıb – 99 min 638. “Gənclik” (93 min 83), “Nərimanov” (90 min 479) və “20 Yanvar” (89 min 105) QR bilet üzrə metropolitenin ilk beşliyində olan stansiyalardır.

    apa

    Ən sərfəli krediti almaq üçün müraciət et