Yaponiya milli valyutanı dəstəkləmək üçün trilyonlarla yen xərcləyib | Banco.az

Yaponiya milli valyutanı dəstəkləmək üçün trilyonlarla yen xərcləyib

Müəllif:Ayşən İmanova/Banco.az
Yaponiya hakimiyyəti 27 iyun - 29 iyul tarixləri arasında milli valyutanı dəstəkləmək üçün valyuta müdaxilələrinə 5,5 trilyon yen (36,6 milyard dollar) xərcləyib.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” ölkənin Maliyyə Nazirliyinin açıqladığı məlumatlara istinadən məlumat yayıb.

Məlumata görə, Yaponiya və ABŞ arasında faiz dərəcələrindəki fərqin azalması gözləntiləri ilə birlikdə görülən tədbirlər yen məzənnəsinə təsir edib. Bir ay əvvəl o, 1980-ci illərdən bəri ən yüksək göstərici olan bir dollar üçün 161 yenaya çatmışdı. Hazırda isə 152,5 yendən aşağı düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Agentliyin məlumatına görə, Yaponiya valyutasının məzənnəsinin dinamikası ilk növbədə Yaponiya Bankı və ABŞ Federal Ehtiyat Sisteminin pul siyasətindəki fərqlərlə izah olunur. Son vaxtlara qədər Yaponiya Mərkəzi Bankı faiz dərəcələrini mənfi diapazonda saxlayıb, FED isə son illərdə onları artırıb.

Ən sərfəli krediti almaq üçün müraciət et