Müəllif: Tamara Mustafayeva, Banco.az
Alüminium qiymətləri təxminən iki ilin ən sürətli aylıq artımını yaşayıb.
Banco.az xəbər verir ki, alüminiumun bir tonunun qiyməti ABŞ–İsrail–İran müharibəsi ilə bağlı risklərin təchizatda pozuntulara səbəb olması fonunda London Metal Birjasında 10,4 faiz artaraq təxminən son 2 ilin ən sürətli aylıq yüksəlişini qeydə alıb.
ABŞ və İsrailin İrana hücumlarının başlanmasından etibarən neft qiymətlərində müşahidə olunan kəskin artımlar inflyasiya təzyiqlərinin güclənəcəyi ilə bağlı narahatlıqları artırarkən, əmtəə bazarında ciddi dalğalanmalar baş verib.
Daşımalar zamanı yaranan fasilələr və təchizatla bağlı narahatlıqların artması nəticəsində ötən ay alüminium qiymətlərində kəskin yüksəlişlər diqqət çəkib.
Bizi sosial şəbəkələrdən izləyin!!
