İran Bab əl-Məndəb boğazının da bağlana biləcəyi barədə xəbərdarlıq edib | Banco.az

İran Bab əl-Məndəb boğazının da bağlana biləcəyi barədə xəbərdarlıq edib

Müəllif:Mehin Qasımova,Banco.az

İran ABŞ prezidenti Donald Trampın ölkənin enerji infrastrukturuna hücum təhdidlərini həyata keçirəcəyi təqdirdə Hörmüz boğazı ilə yanaşı, Bab əl-Məndəb boğazını da bağlaya biləcəyi barədə xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, İran lideri Ayətullah Müctəba Xameneinin müşaviri Əli Əkbər Vilayəti sosial media hesabında paylaşdığı mesajda ABŞ prezidenti Trampın təhdidlərinə münasibət bildirib.

"Müqavimət Cəbhəsinin komandanlıq mərkəzi Bab əl-Məndəbə Hörmüz boğazı kimi baxır. Ağ Ev axmaq səhvlərini təkrarlamağı planlaşdırırsa, tezliklə enerji axınlarının və qlobal ticarətin tək bir hərəkətlə pozula biləcəyini anlayacaq",- deyə o qeyd edib.