Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ildə Çinə 7 milyon 154 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü illə müqayisədə 4 milyon 615 min dollar və ya 39.2% azdır. 2024-cü ildə bu məbləğ 11 milyon 779 min dollara bərabər olub.
Qeyd edək ki, ötən il Azərbaycandan Çinə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 1,4% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
