Kriptovalyutaların ucuzlaşması 5 aydan sonra başa çatıb | Banco.az

Kriptovalyutaların ucuzlaşması 5 aydan sonra başa çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kriptovalyutaların ucuzlaşması 5 aydan sonra başa çatıb.

Banco.az xəbər verir ki, kriptovalyuta bazarındakı bütün kripto aktivlərin ümumi dəyərini ifadə edən “Total Market” mart ayında 5 aydan sonra artım göstərib, həmçinin bitkoin və ethereum da investorlarına qazanc gətirib.

Bitkoin mart ayında ABŞ–İsrail–İran müharibəsinə baxmayaraq, fond bazarları və qiymətli metallardan fərqli olaraq qazanc proqnozlaşdırıb.

Son aylarda bitkoin üzrə fərdi investorlar “panik satışlar” həyata keçirərkən, uzunmüddətli investorlar dayanıqlılıqlarını qorumaqda davam edirlər.

Mart ayının sonlarına doğru Yaxın Şərqdə atəşkəs olacağına dair ümidlərin yaranması müəyyən dərəcədə investorların riskli aktivlərə yönəlməsinə səbəb olub.

Həmin ay kriptovalyuta bazarının artması ilə yanaşı, bitkoin və ethereumun da dəyər qazanması kripto aktivlərə institusional marağın davam etdiyini göstərib.

İlin ilk rübündə zəif göstəricilərə baxmayaraq, xüsusilə bitkoin mart ayında bir çoxlarının gözlədiyindən daha yaxşı nəticə nümayiş etdirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram