Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin iyun ayında Azərbaycan mobil internetin sürətinə görə 108 ölkə arasında 52,63 MB/S sürətlə 49-cu yerdə qərarlaşıb. Azərbaycan may ayı ilə müqayisədə reytinqdə 10 pillə irəliləyib.
Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 159 ölkə arasında 113-cü yerdə qərarlaşıb. Burada Azərbaycan 5 pillə irəliləyib.
Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 39,87 MB/S olub.
Bizi sosial şəbəkələrdən izləyin!!