Müəllif:Ayşən İmanova/Banco.az
Cənubi Koreya Rumıniya ilə təxminən 1,3 trilyon von (939 milyon dollar) dəyərində silah satışı üzrə müqavilə imzalayıb.
Banco.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Müqaviləyə əsasən, Cənubi Koreyanın müdafiə nəhəngi “Hanwha Aerospace” Rumıniyaya silah və sursat ixrac edəcək. Onların arasında 54 ədəd özüyeriyən K-9 haubitsası və döyüş sursatı daşımaq üçün nəzərdə tutulan 36 ədəd zirehli maşın var.
Məlumata görə, bu, Rumıniyanın son 7 ildə ən böyük silah alqı-satqısı müqaviləsidir.
Qeyd edilib ki, Cənubi Koreya artıq bir neçə ölkəyə, o cümlədən Avstraliya, Misir, Hindistan, Norveç, Polşa, Türkiyə, Finlandiya və Estoniyaya özüyeriyən haubitsalar ixrac edib.
Bizi sosial şəbəkələrdən izləyin!!