5 ayda avtomobillərin icbari sığortası üzrə yığımlar 65 mln. manatı ötüb | Banco.az

5 ayda avtomobillərin icbari sığortası üzrə yığımlar 65 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-may aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 65 mln. 315 min manat olub. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 370 min manat və ya 3.8% artıb. 

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə 2023-cü ilin eyni dövrünə nisbətən 32% və ya 12 milyon 517 min manat artaraq 51 mln. 618 min manata yüksəlib. 

Qeyd edək ki, ötən ilin yanvar-may aylarında bu növ sığorta üzrə yığımların məbləği 62 mln. 945 min manat, ödənişlərin məbləği isə 39 milyon 101 min manat olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram