Pensiya kapitalından vaxtından öncə istifadə edilə bilər? – AÇIQLAMA | Banco.az

Pensiya kapitalından vaxtından öncə istifadə edilə bilər? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Qanunvericiliyə əsasən, əmək pensiyası almaq üçün ya minimum yığıma ehtiyac var. Əgər pensiya kartında yığım azdırsa, 25 il stajı varsa, vətəndaş avtomatik olaraq minimum pensiya almaq hüququ qazanır. 

Vətəndaşın işlədiyi dövrdə yığılan pensiya kapitalının pensiyaya çıxmamışdan öncə istifadə etmək imkanına gəldikdə isə iqtisadçı Rəşad Həsənov Banco.az-a bildirib ki, şərtlər tamamlanmadığı təqdirdə pensiya hüququ yaranmır:

“Azərbaycanda qanunvericiliyə əsasən, pensiyaya üç halda çıxılır. Birincisi, yaşa görə pensiyaya çıxmaq hüququ ilə bağlıdır. İkincisi  ailə başçısını itirməyə, üçüncüsü isə yalnız əlilliyə görədir.

Bunlardan əlavə heç bir halda kapitalın 3000000 manat ya da 10000000 manat olmasından asılı olmayaraq şərtlərdən biri tamamlanmırsa, vətəndaşın pensiya hüququ yaranmır.

Nazirlər Kabineti tərəfindən  tərtib edilmiş siyahıya uyğun olaraq erkən pensiya hüququnun yarandığı sahələr var.  Vətəndaş  ağır əmək, zərərli fəaliyyət sahələrində çalışdığınıza görə erkən pensiya hüququndan istifadə edə bilər”.

İqtisadçı xatırladıb ki, eyni zamanda beşdən artıq uşağı böyüdən valideynlər də erkən pensiya hüququndan yararlana bilər.

 Bunların heç birinin kapitalla birbaşa əlaqəli olmadığını qeyd edən ekspert deyib ki, bu halda da minimum kapital toplama tələbi var.

“Ümumiyyətlə, kapitalın yüksək olmasının pensiya hüququ yaratması ilə bağlı mövcud qanunvericilikdə heç bir imkan yaradılmayıb. Təcrübədə bənzər hallar müşahidə olunsa da, bəzi ölkələrdə müəyyən həddə çatdıqdan sonra könüllü şəkildə erkən pensiyaya çıxa bilər. Təbii ki, bu zaman pensiya məbləği hesablanarkən onun aylarının sayı artırılaraq hesablanər. Həmin məbləğ yaşa görə pensiya ilə müqayisədə daha az olur. Amma istənilən halda bu, vətəndaşın seçimidir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram