Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 73,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu əvvəlki hərracla (30 aprel) müqayisədə 3,6 milyon dollar və ya 4,7% azdır.
Qeyd edək ki, aprel ayında keçirilmiş hərraclarda tələb 623,4 milyon dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!