Müəllif:Gülbəniz Hüseynli/banco.az
Azərbaycanda taksi xidmətinə alternativ olan "Karşerinq" xidməti fəaliyyətə başlayacaq. Bu xidmətin xüsusiyyəti odur ki, taksi sifariş edəndən sonra sürücü sifarişçi özü olur.
Bəs "Karşerinq" xidməti necə fəaliyyət göstərəcək?
Banco.az xəbər verir ki, qanunvericiliyə görə, avtomobil sahibi nəqliyyat vasitəsini hətta yaxın qohumuna versə belə, proses notariusda sənədləşməlidir.
Nəqliyyat eksperti Eldəniz Cəfərli bildirib ki, ölkəmizdə bu xidmətin tətbiqi üçün öncə etibarnamələr ləğv edilməlidir:
"Karşerinq" şəhər nəqliyyatına alternativ olsa da, onun tətbiq prosesi bəzi problemlərə də səbəb ola bilər.Bu xidmətin müsbət və mənfi tərəfləri var. Ola bilərki sürücü sərxoş halda avtomobildən istifadə etsin. Bu zaman arzuolunmaza qəzalar səbəb ola bilər. Hər halda avtomobil sürücüyə təqdim olunan zaman onun ayıq və sərxoş olması da yoxlanılmır”.
Bu xidmət uzun müddətdir Gürcüstan və digər ölkələrdə tətbiq edilir. Bir müddət öncə Bakıda “karşerinq” (“carsharing”) xidmətinin fəaliyyətə başlaması ilə bağlı “City car” tərəfindən Bakıya yeni avtomobil gətirilib.
Məlumatlara görə, avtomobillərin icarəsinin bir dəqiqəsi 60 qəpik (ən ucuz) olacaq. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bildirilib ki, bu, yeni xidmət növü olduğu üçün AYNA tərəfindən aparılan araşdırmalar davam etdirilir.
Bildirək ki, “karşerinq” xidməti ilə vətəndaş avtomobili kirayə olaraq götürüb, A nöqtəsindən B nöqtəsinə gedir. Yəni avtomobili sifarişçi özü idarə edir. Ödənişsə nağdsız və hər dəqiqəyə görə həyata keçirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!