Müəllif:Ayşən İmanova/Banco.az
Şri-Lankanın İmmiqrasiya və Mühacirət Departamenti ölkəyə dəniz yolu ilə daxil olan səyahətçilər üçün onlayn viza sistemi tətbiq edib.
Banco.az xəbər verir ki, viza turistlərə 4 gün müddətinə verilir, Şri Lankaya gəlməmişdən əvvəl alınmalıdır. İlkin məlumata görə, belə vizanın qiyməti 25 dollar təşkil edəcək.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Şri Lanka yeddi ölkənin vətəndaşlarına pulsuz viza verilməsi üçün pilot layihəyə start verib. Layihə mart ayının 31-də başa çatmalı idi, lakin aprelin 30-dək uzadılıb və ölkə hakimiyyəti bu rejimin daha uzun müddətə uzadılması imkanlarını müzakirə edir.
Bizi sosial şəbəkələrdən izləyin!!