Müəllif:Mehin Qasımova/Banco.az
Almaniyada böhran səbəbiylə dörd günlük iş həftəsi sınaqdan keçiriləcək.
Banco.az xəbər verir ki, iş günlərinin sayının azaldılması barədə Bloomberg məlumat yayıb.
Belə ki, fevralın 1-də Almaniyada dörd günlük iş həftəsinin altı aylıq sınaq dövrü başlayacaq. Layihədə 45 şirkət iştirak edir. Təcrübə bitdikdən sonra iş həftəsinin qısaldılmasının məhsuldarlığa təsir edib-etmədiyini öyrənəcəklər. Layihə əmək bazarı böhranı fonunda iqtisadiyyatı dirçəltmək məqsədi ilə həyata keçirilib.
Məlumata görə, iş günlərinin sayı azaldılsa, işçilərin maaşları əvvəlki kimi qalacaq. Təcrübədə iştirak edən şirkətlərdən birinin rəhbəri Soren Fricke əmindir ki, dörd günlük proqram işçilərin motivasiyasına və səmərəliliyinə faydalı təsir göstərəcək.
Xatırladaq ki, Dövlət Duması isti havalarda iş gününün qısaldılmasını dəstəkləməkdən imtina edirdi. Nazirlər Kabineti əmin edib ki, hazırda ekstremal temperatur şəraitində iş prosesinin təşkili məsələsi kifayət qədər həll olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!