Ən böyük kriptovalyuta birjası rublla əməliyyatları dəstəkləməyi dayandıracaq | Banco.az

Ən böyük kriptovalyuta birjası rublla əməliyyatları dəstəkləməyi dayandıracaq

Müəllif:Mehin Qasımova/Banco.az

"Binance" 31 yanvar 2024-cü il tarixindən etibarən Rusiya rublu əməliyyatlarını dəstəkləməyəcək. 

Banco.az xəbər verir ki, bu barədə ən böyük kriptovalyuta birjasının nümayəndələri məlumat verib.

Belə ki, kriptovalyuta birjası öz p2p platformasında rublu dəstəkləməyi dayandıracaq və onu ticarət cütlüklərinə daxil etməyəcək.

Bununla belə, istifadəçilər  CommEX platformasında rus valyutası ilə əməliyyatlar etmək imkanına malik olacaqlar. Onlar "Binance" hesablarını platforma hesabına birləşdirərək rubl aktivlərini köçürə bilərlər.

Qeyd edək ki, noyabrın 15-dən etibarən "Binance" rubl depozitlərini dəstəkləməyi dayandırıb. Qərar şirkətin Rusiya bazarından çıxması çərçivəsində qəbul edilib. 26 avqust 2023-cü il tarixindən etibarən kriptovalyuta birjası ruslara rubldan başqa hər hansı valyuta əməliyyatı aparmağı da qadağan edib.

Ən sərfəli kredit üçün müraciət et

Sentyabr ayında  isə "Binance" Rusiyadan  tamamilə çıxdığını və biznesini CommEX-ə satdığını elan edib. Birjanın baş uyğunluq mütəxəssisi Noah Perlmanın sözlərinə görə, ölkədə fəaliyyətini davam etdirmək Binance-in uyğunluq strategiyasına ziddir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et