Türkiyə və Yunanıstan qarşılıqlı investisiyaların artırılması istiqamətində razılıq əldə edib | Banco.az

Türkiyə və Yunanıstan qarşılıqlı investisiyaların artırılması istiqamətində razılıq əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə və Yunanıstanın investisiya büroları tərəfindən imzalanan müqavilə ilə iki ölkə arasında qarşılıqlı investisiyaların artırılması istiqamətində səylər göstəriləcək.

Banco.az xəbər verir ki, Türkiyənin qlobal sərmayələrdəki payını artırmaq səyləri davam edir.

Amerikadan Uzaq Şərqə qədər dünyanın bir çox ölkə və bölgəsində araşdırmalar aparılarkən, bu ölkələrdə Türkiyədəki investisiya mühiti ilə bağlı inkişaflar və atılan addımlar şərh edilir.

Bu işlər çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfəri zamanı Prezident İnvestisiya İdarəsi ilə “Enterprise Greece” arasında müqavilə imzalanıb.

Bu müqavilə ilə iki ölkə beynəlxalq birbaşa investisiyalar sahəsində yeni əməkdaşlıq dövrünə start verib. Müqavilə həmçinin qarşılıqlı investisiyaların artırılmasını və iki ölkənin şirkətlərinin üçüncü ölkələrdə əməkdaşlığını əhatə edir.

Ən sərfəli kredit üçün müraciət et

Müqavilə çərçivəsində qarşılıqlı investisiyalar sahəsində əməkdaşlıq hər iki tərəfin xeyrinə inkişaf etdiriləcək. Türkiyə və Yunanıstanın işgüzar dairələri arasında birbaşa təmaslar artırılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram