Türkiyənin avtomobil bazarında növbəti rekord qeydə alınıb | Banco.az

Türkiyənin avtomobil bazarında növbəti rekord qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə avtomobil satışları üzrə növbəti rekord qeydə alınıb.

Banco.az xəbər verir ki, Türkiyənin avtomobil sektorunda satış rekordları silsiləsi davam etməkdədir.

Avtomobil Distribyutorları və Mobillik Assosiasiyası (ODMD) məlumatlarına görə, ölkənin avtomobil və yüngül kommersiya vasitələri bazarı oktyabr ayında 2022-ci ilin eyni ayı ilə müqayisədə 55,4 faiz artaraq 101 min 367 ədədə çatıb. Bu qeydə alınan rəqəm oktyabr ayları üzrə rekord sayılır.

Sözügedən dövrdə avtomobil satışları əvvəlki ilin eyni ayı ilə müqayisədə 74,1 faiz artaraq 82 min 611 ədədə, yüngül kommersiya vasitələri bazarı isə 5,5 faiz artaraq 18 min 756 ədəd hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Türkiyənin avtomobil və yüngül kommersiya vasitələri bazarı ümumilikdə isə 2023-cü ilin yanvar-oktyabr dövründə əvvəlki ilin eyni dövrünə görə 63,7 faiz artaraq 958 min 942 ədədə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram