Müəllif: Tamara Mustafayeva, Banco.az
“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta”nın gəlirləri ilin üçüncü rübündə artıb.
Banco.az xəbər verir ki, “Meta” iyul-sentyabr dövrü üzrə balans hesabatını açıqlayıb.
Hesabatda qeyd olunub ki, şirkətin bu ilin üçüncü rübündə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artaraq 34,1 milyard dollara çatıb. “Meta” 2022-ci ilin eyni dövründə 27,7 milyard dollar gəlir əldə etmişdi.
Bildirilib ki, şirkətin xalis mənfəəti bu ilin üçüncü rübündə 164 faiz artaraq 11,6 milyard dollara çatıb. “Meta” 2022-ci ilin üçüncü rübündə 4,4 milyard dollar xalis mənfəət açıqlayıb.
Qeyd edək ki, şirkətin 2022-ci ilin üçüncü rübündə 1,64 dollar olan səhm üzrə mənfəəti də bu ilin eyni dövründə 4,39 dollara qədər bahalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!