Yaponiyada istehsalat fəaliyyətlərində kəskin azalma müşahidə olunub | Banco.az

Yaponiyada istehsalat fəaliyyətlərində kəskin azalma müşahidə olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada biznes aktivliyi üzrə 2022-ci ilin dekabrından bəri ilk daralma qeydə alınıb.

Banco.az xəbər verir ki, “Au Jibun Bank”ın hesablamalarına görə, Yaponiyanın işgüzar aktivliyi 2022-ci ilin dekabrından bəri ilk dəfə oktyabr ayında azalıb.

Belə ki, ölkənin satınalma menecerləri indeksi 52,1 punktdan 49,9 punkta geriləyib.

Geriləmənin əsas səbəbi istehsalat fəaliyyətinin kəskin şəkildə azalması hesab edilir. İstehsal PMI sentyabrdakı 48,7 punkt ilə müqayisədə 47,6 punkta düşməklə daha sürətli daralma göstərib.

Xidmətlər PMI isə 53,8 punktdan 51,1 punkta düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram