S&P-dən xəbərdarlıq: "İsrail-Fələstin münaqişəsi qlobal geosiyasi riskləri artırır" | Banco.az

S&P-dən xəbərdarlıq: "İsrail-Fələstin münaqişəsi qlobal geosiyasi riskləri artırır"

Müəllif: Mehin Qasımova/Banco.az 

Beynəlxalq kredit reytinqi agentliyi S&P İsrail-Fələstin münaqişəsinin  qlobal geosiyasi riskləri artırdığını bildirib.

Banco.az xəbər verir ki, Standard & Poor's (S&P) tərəfindən edilən açıqlamada, Yaxın Şərqdə HƏMAS və İsrail arasında qarşıdurmaların başlaması geosiyasi risklə bağlı qlobal qiymətləndirməyə  daha da yuxarı təzyiq göstərir ki, bu risk daha da  artır  və pisləşir.

Bəyanatda vurğulanır ki, bu son hadisələr Rusiyanın Ukraynaya müdaxiləsi və Çin ilə ABŞ arasındakı gərginlik səbəbindən beynəlxalq münasibətlərə təzyiqi daha da artırıb:

"İsrail və Qəzzada baş verən insan faciəsinin ciddiliyini qiymətləndirməsək də, hazırkı əsas prinsipimiz ondan ibarətdir ki, münaqişə əsasən İsrail və Qəzza ilə məhdudlaşacaq və suveren kredit təsirləri regiondan kənarda məhdudlaşacaq".

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada gərginliyin artacağı təqdirdə qlobal inflyasiyanın artacağı, eləcə də iqtisadi fəaliyyətlərə təzyiq göstərə biləcək enerji  təchizatı şokunun olacağı barədə xəbərdarlıq edilib .

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et