CEO nədir və necə CEO olmaq olar? | Banco.az

CEO nədir və necə CEO olmaq olar?

Müəllif: Tamara Mustafayeva, Banco.az

CEO müasir dövrdə ən maraqlı və karyera imkanları baxımından yüksək vəzifələrdən biridir. Bəs CEO nədir?

Banco.az xəbər verir ki, CEO, yəni Baş icraçı direktor hər hansı şirkətin idarə olunmasından məsul olan şəxsdir. Lakin o, şirkətin sahibi deyil. Buna görə də o, idarə heyətindən tamamilə müstəqil deyil, şura qarşısında məsuliyyət daşıyır.

İngilis abreviaturasının açılışı “Chief Executive Officer” olan CEO Azərbaycan dilində Baş İcraçı Direktor və ya İdarə Heyətinin sədri deməkdir. Bəzən baş menecer və baş direktorun vəzifələri bir-biri ilə qarışdırıla bilər. Ancaq qeyd etmək lazımdır ki, şirkətin baş meneceri həmin şirkətin bütün siyasətlərini müəyyən edən yeganə səlahiyyətli şəxs deyil. CEO isə şirkətin maliyyə, mafiskal, istehsal və insan resursları kimi mühüm sahələrdə fəaliyyətini təyin edən kanaldır.

Baş direktorun əsas vəzifəsi şirkəti olduğu mövqedən daha yüksəklərə qaldırmaqdır. Onun uğur qazanması qarşısına qoyulan vəzifələri düzgün yerinə yetirməsindən asılıdır. Bunun üçün isə daxil olduğu bazarı bilmək, ölkə iqtisadiyyatını çox yaxından izləmək, risk və ya fürsətləri görə bilmək vacibdir.

Baş direktor olmaq üçün nə tələb olunur?

Ən sərfəli kredit üçün müraciət et

Yeni məzunların arzusu olan CEO olmaq o qədər də asan əldə ediləcək vəzifə deyil. Bu adı əldə etməyin müəyyən yolları var ki, bunlardan ən populyarı və məntiqlisi aşağıdakılardır:

1) Öz müəssisənizi böyütmək və baş direktor olmaq.

2) Uzun illər bir şirkətdə işləmək və həmin şirkətin baş direktoru olmaq.

Qeyd edək ki, Ceff Bezos, İlon Mask kimi tanınmış CEO-ların demək olar ki, hamısı öz müəssisələrini böyütməklə bu vəzifəyə gəliblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram