Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərənin xidmət sektoru bu ilin yanvarından sonra ən zəif göstəricini sentyabr ayında göstərib.
Banco.az xəbər verir ki, “S&P Global/CIPS” tərəfindən edilən açıqlamaya görə, İngiltərədə ötən ay xidmət sektorunun Satınalma Menecerləri İndeksinin (PMI) yekun məlumatları 49,3 punkta qədər azalıb. İlkin məlumatlara görə, xidmət sektoru PMI göstəricisi 47,2 punkt olaraq qiymətləndirilmişdi.
Xidmət sektoru PMI göstəricisi avqust ayında isə 49,5 punkt səviyyəsində idi.
Xatırladaq ki, indeksin 50-dən yuxarı dəyər alması sektorda artımı, aşağı dəyər alması isə azalmanı göstərir.
Məlumat üçün onu da qeyd edək ki, Böyük Britaniyada ölkə iqtisadiyyatının təxminən 80 faizini xidmət sektoru təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!