Yaponiyanın II rüb üzrə artım göstəriciləri proqnozlara uyğun gəlməyib | Banco.az

Yaponiyanın II rüb üzrə artım göstəriciləri proqnozlara uyğun gəlməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya iqtisadiyyatı ikinci rübdə gözləniləndən az artım göstərib.

Banco.az xəbər verir ki, Yaponiyada ÜDM cari ilin ikinci rübündə gözləniləndən az artıb və ölkə iqtisadiyyatı əvvəlki rüblə müqayisədə illik 4,8 faiz böyüyüb.

Bu, avqust ayında açıqlanan 6 faizlik və iqtisadçıların proqnozlaşdırdığı 5,5 faizlik artımdan aşağı göstəricidir.

Rüblük əsasda nəzər saldıqda isə ÜDM sözügedən dövrdə ilkin olaraq görülən 1,5 faiz artımla müqayisədə 1,2 faiz artıb və iqtisadçıların 1,3 faizlik proqnozlarından bir qədər aşağı olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram