Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondu (BVF) borc və rəqəmsal transformasiya sahəsində əməkdaşlığı genişləndirir.
Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva və Dünya Bankının prezidenti Ajay Banqa təmsil etdikləri qurumların iqlim dəyişikliyi, borclar və rəqəmsal transformasiya ilə bağlı əməkdaşlığı gücləndirmək niyyətində olduğunu bəyan ediblər.
Bu barədə Georgieva və Banqanın birgə yazılı bəyanatında qeyd olunub.
Bəyanatda vurğulanıb ki, dünya artıq daha tez-tez baş verən şoklar, yüksək borc səviyyələri, bir çox ölkələrdə məhdud siyasət məkanı və artan geosiyasi gərginlik şəraitində mühüm iqtisadi çağırışlar, iqlim dəyişikliyinin ekzistensial təhlükəsi və rəqəmsal transformasiya ilə qarşı-qarşıyadır.
Bəyanatda həmçinin BVF və Dünya Bankının iqlim dəyişikliyi, borclar və rəqəmsal transformasiya ilə bağlı əməkdaşlığı intensivləşdirmək niyyətində olduqları və inkişaf etməkdə olan ölkələrə maliyyə və siyasi dəstək verilməsi istiqamətində sıx koordinasiyanı davam etdirəcəkləri bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!