Dünyanın ən böyük akkumulyator istehsalçısının mənfəəti 63 faiz artıb | Banco.az

Dünyanın ən böyük akkumulyator istehsalçısının mənfəəti 63 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Contemporary Amperex Technology”nin (CATL) rüblük mənfəəti 63 faiz artıb.

Banco.az xəbər verir ki, “Tesla”, “Volkswagen” və “Hyundai” kimi şirkətləri elektromobil akkumulyatorları ilə təmin edən dünyanın ən böyük akkumulyator istehsalçısı “Contemporary Amperex Technology” (CATL) şirkətinin II rüb üzrə xalis mənfəəti 63 faiz artaraq üç ayda 1,5 milyard dollara çatıb.

Şirkətin gəliri isə bu dövrdə 56 faiz artaraq 14 milyard dollara çatıb. Sözügedən göstəricilərin, əsasən şirkət gəlirinin 12 faizini təşkil edən “Tesla”nın satışlarındakı artımdan qaynaqlandığı bildirilir.

Mərkəzi ofisi Çində yerləşən şirkətin mənfəət artımında dünyada elektriklə işləyən avtomobil satışlarının çoxalması və litium kimi xammallarınn qiymətlərinin azalması da mühüm rol oynayıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, elektromobi istehsalında istifadə olunan litium karbonatın Çindəki qiyməti ötən illə müqayisədə iki dəfə aşağı düşdüyü üçün bu vəziyyət CATL-in xərclərini də azaldıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et