Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarlara 2026-cı il iyulun 4-dən başlayaraq Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq veriləcək.
Banco.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.
Hərəkət cədvəli ilə qurumun saytında və ya "ADY Mobile" tətbiqində tanış ola bilərsiniz.
