Türkiyənin avtomobil sənayesində həm istehsal, həm də ixrac artıb | Banco.az

Türkiyənin avtomobil sənayesində həm istehsal, həm də ixrac artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin avtomobil sənayesində həm istehsal, həm də ixrac artıb.

Banco.az xəbər verir ki, türk avtomobil sənayesinə rəhbərlik edən 13 üzvü Avtomobil Sənayesi Dərnəyi (OSD) 2023-cü ilin yanvar-iyun dövrü üzrə istehsal və ixrac məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, cari  ilin ilk 6 ayında ümumi mühərrikli vasitə istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 735 min 231 ədədə çatıb. 

Avtomobil istehsalı 21 faiz artaraq 462 min 401 ədəd olub. Traktor istehsalı ilə birlikdə ümumi istehsal isə 765 min 282 ədədə yüksəlib.

Sözügedən dövrdə kommersiya nəqliyyat vasitələrinin istehsalı da ötən ilin eyni dövrünə nəzərən 2 faizlik artım göstərib. Bu dövrdə ağır kommersiya nəqliyyat vasitələrinin istehsalı 23 faiz artsa da. yüngül kommersiya nəqliyyat vasitələrinin istehsalında isə dəyişiklik olmayıb.

Qeyd edək ki, ilin ilk altı ayı ərzində avtomobil sənayesində tutumlardan istifadə nisbəti 74 faiz təşkil edib.

Sözügedən dövrdə sektor üzrə ixrac isə ötən ilin eyni dövrü ilə müqayisədə ədədlə ifadədə 8 faiz artaraq 505 min 926 ədəd olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram