Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyada mənzillərin qiyməti 12 ilin ən böyük ucuzlaşmasına imza atıb.
Banco.az xəbər verir ki, Böyük Britaniyada orta mənzil qiymətləri iyun ayında 2,6 faiz azalaraq 2011-ci ilin iyun ayından bəri ən böyük illik enişi reallaşdırıb.
Britaniyanın ipoteka krediti verən “Halifax” şirkətinin Mənzil Qiymət İndeksinə görə, mənzil qiymətlərindəki eniş may ayında 1,1 faiz idisə, iyunda 2,6 faiz olub.
Bununla da, Böyük Britaniyada ötən 12 ildə orta mənzil qiymətlərinin ən sürətli illik azalması iyun ayında qeydə alınıb.
Ötən ay ölkədə orta mənzil qiyməti 285 min 932 funt sterlinq olduğu halda, qiymətlərin pik həddə çatdığı 2022-ci ilin avqustunda bu rəqəm 293 min 992 funt sterlinq idi.
Bizi sosial şəbəkələrdən izləyin!!