Ehtiyatların azalması neft qiymətlərinə təsir göstərib | Banco.az

Ehtiyatların azalması neft qiymətlərinə təsir göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft qiymətlərində bir qədər bahalaşma müşahidə olunur.

Banco.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun tədarükün azaldılması məsələsinin təsirindən sonra neft qiymətləri qismən stabilliyini saxlayır.

ABŞ xam nefti Səudiyyə Ərəbistanı və Rusiyanın neft qiymətlərinin ucuzlaşmasını dayandırmaq üçün hasilatı azaldacaqlarını açıqlayan bəyanatlarından sonra əvvəlki iki sessiyada təxminən 3 faiz bahalaşdıqdan sonra bareli 72 dollardan bir qədər aşağı satılıb.

Brent markalı neft isə 0,01 faiz dəyər qazanmaqla 76,66 dollardan ticarət olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram