Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov "Azərbaycan Mikromaliyyə Assosiasiyası" İctimai Birliyinin və ona üzv təşkilatların rəhbərləri ilə görüşüb.
Bunu AMB-nin sədri Taleh Kazımov "Twitter" hesabında qeyd edib. O bildirib ki, görüşdə BOKT-ların fəaliyyətinin genişləndirilməsi müzakirə edilib.
"Görüşdə Azərbaycanda maliyyə sektorunun inkişafı, o cümlədən BOKT-ların fəaliyyətinin genişləndirilməsi, regionlarda sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması istiqamətində müzakirələr apardıq", - deyə baş bankir əlavə edib.
Apa
Bizi sosial şəbəkələrdən izləyin!!