Müəllif - Aida İsaq, Banco.az
Avropa Komissiyası Ukraynaya 2027-ci ilə qədər milyardlarla avro məbləğində maliyyə yardımının ayrılmasıyla bağlı plan üzərində işləyir.
Banco.az xəbər verir ki, bu barədə “Financial Times” Aİ rəsmiləri və diplomatlarına istinadən məlumat yayıb. Məlumata görə, nəzərdə tutulan vəsait Ukrayna büdcəsinə və ya ölkənin bərpasına yönəldilə bilər. Ukrayna islahatlar apardıqdan və onların icrasına lazımi şəkildə nəzarət etdikdən sonra müvafiq maliyyə yardımını əldə edə biləcək.
Qeyd edək ki, sözügedən layihə iyun ayında hazır ola bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!