Müəllif - Aida İsaq, Banco.az
"Ukrenergo" Ukraynanın Slovakiyadan elektrik enerjisi idxal edəcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, Ukrayna Energetika Nazirliyinin bu gün səhərə olan məlumatına görə, elektrik enerjisinin kəsilməsi səbəbindən 2 milyona yaxın insan işıqsız qalıb. Buna səbəb mayın 30-da günorta saatlarında enerji sistemində baş vermiş qəza olub.
Bununla yanaşı, nazirliyin məlumatına görə, Ukraynanın Sumı, Xarkov və Çerniqov vilayətlərində, həmçinin Kiyevin nəzarətində olan Zaporojye və Xerson vilayətlərində enerji təchizatı dayanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!