Bu ölkənin bankları SWIFT-in Çin analoquna qoşulub | Banco.az

Bu ölkənin bankları SWIFT-in Çin analoquna qoşulub

Müəllif - Aida İsaq, Banco.az

Rusiyanın 30-a yaxın bankı SWIFT-in Çin analoqu olanh CIPS-ə qoşulub.

Banco.az xəbər verir ki, məlumata görə, Rusiya bankları hazırda CIPS sisteminə birbaşa deyil, dolayı iştirakçı olaraq qoşulub. Birbaşa iştirakçılar digərlərindən fərqli olaraq, CIPS-də hesab aça, sistem vasitəsilə mesaj göndərə və qəbul edə bilərlər. Dolayı iştirakçılar isə birbaşa olanlar vasitəsilə çıxış əldə edirlər.

Qeyd edək ki, yalnız Çin vətəndaşları və ya onların törəmə şirkətləri CIPS-in birbaşa üzvü ola bilər. Rusiya ilə bağlı sistemə birbaşa qoşulan yeganə bank Çinin ən böyük ICBC bankının törəmə şirkətidir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram