Rusiyaya uçuşların bərpasına görə Gürcüstan şirkətlərinə sanksiyalar tətbiq oluna bilər | Banco.az

Rusiyaya uçuşların bərpasına görə Gürcüstan şirkətlərinə sanksiyalar tətbiq oluna bilər

Müəllif - Aida İsaq, Banco.az

ABŞ Gürcüstana sanksiyalar tətbiq etməklə bağlı xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, buna səbəb sözügedən ölkədən Rusiyaya birbaşa uçuşların bərpa olunması olub. Beləliklə, idxal və ixrac nəzarəti altında olan təyyarələrə xidmət göstərəcək Gürcüstan aviaşirkətləri sanksiya hədəfi ola bilər.

Bundan başqa, Aİ həmçinin Gürcüstanı Moskvaya qarşı sanksiyalara qoşulmağa çağırıb.

Qeyd edək ki, Avropa İttifaqının xarici işlər xidmətinin nümayəndəsi Peter Stano əks halda ölkənin ikinci dərəcəli sanksiyalara məruz qalacağını açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et