Müəllif: Tamara Mustafayeva, Banco.az
İnflyasiya məlumatlarının açıqlanması ilə qızılın qiyməti də bahalaşıb.
Banco.az xəbər verir ki, qızıl ABŞ-dakı inflyasiya göstəricilərinin səngiməsi və bununla da FED-in faiz artımlarına fasilə verəcəyi proqnozları ilə bahalaşmağa başlayıb.
Qızıl bu həftə təxminən 1% bahalaşaraq rekord həddə yaxın ticarət olunmağa davam edir.
Xatırladaq ki, qiymətli metalın ayın əksər hissəsində 2 min dollardan baha satılmasında dolların etibarlılığını riskə atan ABŞ-ın borc limiti böhranı ilə bağlı narahatlıqlar da rol oynayıb.
Spot bazarda qızılın bir unsiyası 2025 dollara satılır.
Bizi sosial şəbəkələrdən izləyin!!