Bank VTB Azərbaycan-ın kredit portfeli 60 milyon manatdan çox artıb | Banco.az

Bank VTB Azərbaycan-ın kredit portfeli 60 milyon manatdan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

VTB Bank Azərbaycan-ın kredit portfeli 30 sentyabr 2026-cı il tarixinə 304 milyon 43 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın kredit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 60 milyon 406 min manat və ya 24,8% artıb.

Hesabat dövründə bankın istehlak kreditləri portfeli 163 milyon 918 min manat, biznes kreditləri portfeli 68 milyon 707 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 71 milyon 418 min manat təşkil edib. 

Bunlar 2025-ci ilin sonu ilə müqayisədə bankın istehlak kreditləri 52 milyon 648 min manat və ya 47,3%, biznes kreditləri 1 milyon 171 min manat və ya 1,7%, ipoteka kreditləri isə 6 milyon 586 min manat və ya 10,2% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram