Bankçılıq nəhəngi dolların gələcək mövqeyini qiymətləndirib | Banco.az

Bankçılıq nəhəngi dolların gələcək mövqeyini qiymətləndirib

Müəllif - Aida İsaq, Banco.az

Avronun möhkəmlənməsi dünya valyuta bazarında ABŞ dollarının mövqeyinin zəifləməsinə səbəb ola bilər. 

Banco.az xəbər verir ki, bunu Almaniyada “Deutsche Bank”ın analitikləri proqnozlaşdırıb. Keçiriləcək iclasdan sonra tənzimləyici qurumun əsas faiz dərəcəsini 25 baza bəndi artıraraq 3,25%-ə çatdıracağı gözlənilir.

Avropa Mərkəzi Bankı uzun müddətdir ki, pul siyasəti üzrə sərtləşdirmə meyillərini artırıb. Beləliklə, regionda artan inflyasiya ilə mübarizə aparmaq üçün əsas dərəcə bir neçə dəfə artırılıb. 

Qeyd edək ki, mayın 3-də ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) rəhbərliyi baza faiz dərəcəsini 25 bənd artıraraq illik 5-5,25%-ə çatdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram