Avropada karbon emissiyalarına görə vergi ödənişləri ilə bağlı qanun təsdiqlənib | Banco.az

Avropada karbon emissiyalarına görə vergi ödənişləri ilə bağlı qanun təsdiqlənib

Müəllif - Aida İsaq, Banco.az

Avropa Parlamenti istixana qazlarının emissiya dəyəri əsasında idxalın müəyyən edilməsi haqqında qanunu təsdiqləyib.

Banco.az xəbər verir ki, karbon emissiyalarına görə vergi ödənişlərinin tətbiqi 2026-cı ildən start götürəcək. Parlament, həmçinin 2026 və 2034-cü illər arasında pulsuz karbon emissiyası icazələrini mərhələli şəkildə ləğv edən qanunu təsdiqləyib.

Qeyd edək ki, Aİ-nin istixana qazı emissiya dəyərlərinə əsaslanaraq idxalı vergiyə cəlb etmək planları xüsusilə ABŞ-da yerləşən istehsalçıları narahat edir. Çünki bunun bürokratiyanı artıraraq Avropaya ixracı azalda biləcəyini düşünürlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et