Dünyanın zəngin insanları sərvətlərini ən qəribə formada necə xərcləyib? | Banco.az

Dünyanın zəngin insanları sərvətlərini ən qəribə formada necə xərcləyib?

Müəllif - Aida İsaq, Banco.az

Dünyanın müxtəlif ölkələrində fərqli sahələr üzrə tanınmış şəxslər daim öz sərvətləri ilə gündəmə gəlir. Maraqlı məqamlardan biri də budur ki, həmin məşhurlar əsasən xərclərini hansı istiqamətə yönəltmələri ilə diqqət çəkə bilirlər. Gəlin görək, tanınmış simalar arasında ən qəribə səbəblər üzərindən pul xərcləyənlər kimlərdir? 

Bruney Sultanı Hassanal Bolkaiah

Londonda yaşayan bərbərə saçını kəsdirən Bruney Sultanı Hassanal Bolkaiah onun bütün xərclərini ödəyərək ölkəsinə gətirib. Bolkiahın saç düzümünə 20,24 min dollar xərclədiyi bildirilir.

Mixail Proxorok

Rusiyalı milyarder Mixail Proxorok 2010-cu ildə Yeni il şənliyinə 20 milyon dollar xərcləyib.

Məhəmməd Bin Salman 

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman Leonardo da Vinçinin “Salvator Mundi” əsərini 450 milyon dollara alıb.

Beyons və Cey Zi

Beyons və Cey Zi Los-Ancelesdəki malikanəni bir il müddətinə 1,8 milyon dollara icarəyə götürüblər.

Ən sərfəli kredit üçün müraciət et

Ken Qrif

Amerikalı sahibkar Ken Qrif Villem de Kuninq və Cekso Pollokun rəsm əsəri üçün 500 milyon dollar ödəyib.

Jocelyn Wildenstein

Jocelyn Wildenstein estetik əməliyyatına 4 milyon dollar xərcləyib.

Kylie Jenner

Kylie Jenner timsah dərisi, brilyant və 18 karatlıq qızıldan hazırlanmış pulqabı almaq üçün 432 min dollar xərcləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram