Almaniyada neft və ya qazla işləyən istilik sistemlərindən istifadə qadağan oluna bilər | Banco.az

Almaniyada neft və ya qazla işləyən istilik sistemlərindən istifadə qadağan oluna bilər

Müəllif - Aida İsaq, Banco.az

Almaniyada 2045-ci ilə qədər neft və ya qazla işləyən istilik sistemlərindən istifadəni qadağan edən qanun layihəsi hazırlanıb.

Banco.az xəbər verir ki, qanun layihəsinə görə, bu istiqamətdə işlərin həyata keçirilməsi ilə bağlı ilkin mərhələyə 2024-cü ildən start verilməsi nəzərdə tutulub. Beləliklə, yalnız ən azı 65%-ni bərpa olunan enerji mənbələrindən istehsal edən istilik sistemlərinin quraşdırılmasına icazə veriləcək. Bildirilir ki, artıq quraşdırılmış neft və ya qazla işləyən istilik sistemləri qanun layihəsi qəbul edildikdən sonra 30 ildən artıq istifadə edilə bilməz. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et