Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya ölkənin ən şimal bölgəsi Hokkaydoda çip istehsalı müəssisəsi quracağını açıqlayıb.
Banco.az xəbər verir ki, “Toyota” və “Sony” də daxil olmaqla 8 yapon şirkətinin daxil olduğu “Rapidus” yarımkeçirici çip konsorsiumunun məlumatına görə, Hokkaydoda çip istehsalı müəssisəsi yaradılacaq.
Ar-Ge sahəsi də daxil olmaqla 5 trilyon yen (37 milyard dollar) büdcə ayrılacaq investisiya çərçivəsində iki nanometr çip istehsalı hədəflənəcək.
Xatırladaq ki, Yaponiya hökuməti tərəfindən dəstəklənən və “Toyota” və “Sony” də daxil olmaqla 8 yapon şirkətinin iştirak etdiyi “Rapidus” konsorsiumu 2022-ci ilin avqustunda yaradılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!