"Defacto"dan zəlzələ bölgəsində yaşayan uşaqlara növbəti dəstək gəldi | Banco.az

"Defacto"dan zəlzələ bölgəsində yaşayan uşaqlara növbəti dəstək gəldi

Müəllif - Aida İsaq, Banco.az

“Defacto” şirkəti Türkiyədə baş verən zəlzələnin ilk günündən etibarən qış geyimlərindən ibarət 200 min məhsulu zəlzələ bölgələrinə çatdıraraq həmçinin zərərçəkənlərə tibbi yardım göndərilməsini təmin etdi. 

Banco.az xəbər verir ki, şirkət eyni zamanda bölgədə fəaliyyət göstərə bilən mağazalarını ehtiyacı olan insanların üzünə açdı. Bu dəstəyin uzunmüddətli və davamlı olmasını təmin etmək məqsədi ilə şirkət Türkiyədə ailə və sosial xidmətlər nazirliyinin tabeliyində olan bütün uşaqların bir il ərzində geyim ehtiyacını qarşılamağı öz üzərinə götürdü. Beləliklə, qurumun uşaq xidmətlərinin baş direktoru Musa Şahin və “DeFacto”nun marketinq və pərakəndə satış üzrə baş direktoru Ahmet Barış Sönmez tərəfindən bu barədə müvafiq müqavilə imzalanıb.

Uşaq xidmətlərinin baş direktoru Musa Şahin uşaqların yaşadıqları travmaları azaltmaq üçün maksimum formada çalışdıqlarını qeyd edərək bu istiqamətdə dəstək olmağa çalışan sıravi vətəndaşların və qurumların atdığı addımları yüksək qiymətləndirib. Eyni zamanda göstərdiyi bütün dəstək və yardımlara görə “Defacto”ya öz təşəkkürünü bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et