Müəllif - Aida İsaq, Banco.az
ABŞ prezidenti Co Bayden Dünya Bankının rəhbəri Devid Malpassın istefasından sonra onun vəzifəsini icra etmək üçün "MasterCard"ın sabiq prezidenti Ajay Banqanın namizədliyini irəli sürüb.
Banco.az xəbər verir ki, ötən həftə Malpass, xüsusən də ABŞ Maliyyə Naziri Janet Yellenin iqlim dəyişikliyi və digər pul siyasətləri ilə bağlı zəruri qərarları qəbul etməməsini tənqid etdikdən sonra istefa verdiyini açıqladı. Co Bayden çıxışında A.Banqanın maliyyə inklüzivliyi və iqlim dəyişikliyi ilə bağlı tərəfdaşlıq əlaqələrinin qurulması təcrübəsini yüksək qiymətləndirərək onu hazırki anda Dünya Bankına rəhbərlik etmək üçün ən ideal namizəd hesab edib.
Qeyd edək ki, mayın əvvəlində yeni prezidentini seçməyə hazırlaşan Dünya Bankında namizədliyi ilk dəfə açıqlanan Banqanın rəqibləri martın 29-dək açıqlanacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!