Müəllif: Tamara Mustafayeva, Banco.az
“Google” və “Tezos” “Web3” texnologiyası üçün əməkdaşlığa başlayır.
Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Google” müştərilərinə “Web3” texnologiyasını təklif etmək üçün “Tezos” blokçeyni ilə əməkdaşlıq edəcək.
Bu barədə şirkətdən rəsmi açıqlama verilib.
Bildirilib ki, “Google”un Bulud Xidməti (Cloud Service) “Web3” məkanında “Tezos” ilə birlikdə işləyəcək.
Ağıllı müqavilələrin həyata keçirilməsi üçün platforma rolunu oynayan açıq mənbəli blokçeyn olan “Tezos” ilə əməkdaşlıq çərçivəsində “Google Cloud” öz müştərilərinə “Web3” texnologiyasını təklif edəcək. Razılaşmaya uyğun olaraq, “Tezos” tərəfindən dəstəklənən startaplar da “Google Cloud”un bir çox xidmətlərindən yararlana biləcəklər.
Bizi sosial şəbəkələrdən izləyin!!