AZAL zəlzələ ilə əlaqədar biletlərin cəriməsiz qaytarılmasına başlayıb | Banco.az

AZAL zəlzələ ilə əlaqədar biletlərin cəriməsiz qaytarılmasına başlayıb

Zəlzələ nəticəsində aviaşirkətin xidmətlərindən yararlana bilməyən AZAL-ın Türkiyəyə və geri gələn sərnişinlərinə aviabiletlərin dəyərinin cərimə tətbiq edilmədən tam qaytarılmasına və ya ödənişsiz yenidən bronlaşdırılmasına icazə verilir.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Ankara, İstanbul, İzmir və Antalyanın bütün beynəlxalq hava limanlarına reys yerinə yetirən AZAL və “Buta Airways”in fevralın 6-dək əldə edilmiş uçuş tarixi fevralın 6-dan 21-dək olan aviabiletlərinin, 31 mart 2023-cü il daxil olmaqla, “involuntary” proseduru çərçivəsində geri qaytarılması və istənilən digər tarixlərə yenidən bron edilməsi təmin olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram